Əsas Səhifə > Ölkə idmanı > Qurban Qurbanov 15 dəqiqəlik konfrans keçirəcək

Qurban Qurbanov 15 dəqiqəlik konfrans keçirəcək


9-07-2018, 15:03


Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq “Olimpiya” - “Qarabağ” oyunundan öncə Azərbaycan çempionunun keçirəcəyi son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Bu, matçdan 1 gün əvvəl – iyulun 10-da reallaşacaq.

Həmin gün baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə 20:15-də media nümayəndələrinin önünə çıxacaq. Komandanın son məşqi isə 20:30-a planlaşdırılır. Həm məşq, həm də mətbuat konfransı qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda olacaq. Məşqin ilk 15 dəqiqəsi azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” matçı iyulun 11-də keçiriləcək.
Geri qayıt