Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ"ın polşalı futbolçusundan FİFA-ya irad
"Qarabağ"ın polşalı futbolçusundan FİFA-ya irad29-06-2018, 18:35 |
"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak DÇ-2018-in H qrupunda 1/8 finala vəsiqə qazanan 2-ci komandanın "Fair-play” qaydaları ilə müəyyənləşdirilməsinə münasibət bildirib. O, bu barədə fikirlərini şəxsi "Twitter" və "İnstagram" səhifəsində yazıb. Polşalı futbolçu statusunda FİFA-nın qərarını tənqid edib və bunun haqsızlıq olduğunu bildirib: "Məncə, FİFA-nın qalibi "Fair-play” qaydaları ilə müəyyənləşdirməsi uğursuz variantdır. Hər hakimin oyuna fərqli baxışı var. Bəzisi sağa-sola vərəqə paylayır, bəzisi isə hətta kobud oyuna görə belə əlini cibinə atmır. Əgər növbəti mərhələyə vəsiqə "Fair-play” amilinə görə müəyyənləşirsə, onda gərək VAR (videotəkrar) sistemi hər bir vərəqəni yoxlasın. Üstəgəl ora həqiqətən də çox istidir. Bunu yaxşı bilirəm. Çünki Bakıda da axşam saat 8-də, hava elə də isti olmayanda oynayanda görürsən ki, başqa ölkədən olan rəqiblərimiz 30-40-cı dəqiqədən sonra istidən "ölürlər", hərəkət edə bilmirlər". Xatırladaq ki, dünən DÇ-2018-in H qrupunda Seneqal və Yaponiyanın xalları, top fərqi və aralarında keçirdikləri oyunun nəticəsi bərabər olduğundan, növbəti mərhələyə vəsiqəni "Fair-play” qaydaları müəyyənləşdirib. Daha az sarı vərəqə görən asiyalılar 1/8 finala adlayıblar. Kolumbiya isə qrup lideri kimi adını 16 ən güclü yığma arasına yazdırıb. Geri qayıt |