Əsas Səhifə > Ölkə idmanı > Avstriyada olan "Qarabağ" növbəti məşqə çıxıb
Avstriyada olan "Qarabağ" növbəti məşqə çıxıb22-06-2018, 18:18 |
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ” növbəti məşqinə çıxıb. Klubun rəsmi saytının yaydığı xəbərə görə, komanda bu gün yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb. Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb. İki qrup halında çalışan komanda “kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb. Geri qayıt |