Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ" Tunis yığmasının oyunçusu ilə maraqlanır

"Qarabağ" Tunis yığmasının oyunçusu ilə maraqlanır


17-06-2018, 17:34
"Qarabağ" Tunis yığmasının oyunçusu ilə maraqlanır

"Qarabağ" Tunis milli komandasının futbolçusu Kərim Laribi ilə danışıqlar aparır.

"TuttoMercatoWeb" nəşrinin xəbərinə görə, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə təklif göndərib.

Qeyd edək ki, Laribi son iki mövsümdə İtaliya B Seriyasında çıxış edən "Çezena" klubunda forma geyinib. O, ötəm mövsüm 41 oyun keçirib, 9 qol vutub və 11 məhsuldar ötürmə edib. 27 yaşlı futbolçu əvvəllər İtaliyanın "Palermo", "Foccia", "Sassuolo" və "Latina" klublarında çıxış edib.

Futbolçu 2017-ci ildən dəvət aldığı Tunis yığmasının heyətində 2 oyuna çıxıb.

Ötən mövsüm "Çezena" B Seriyasında 13-cü yeri tutub.
Geri qayıt