Əsas Səhifə > Ölkə idmanı > Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.Bu gün, 19:00 |
![]() Noyabrın 28-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov çıxış edərək komandaların hər birinə uğurlar arzulayıblar. Daha sonra ötən turnirin maraqlı anlarını əks etdirən videoçarx nümayiş olunub. Ardınca real aykido, kapoeyra və breykdans üzrə nümunəvi çıxışlar təqdim edilib. Turnir açıq elan olunduqdan sonra ilk turun oyunu keçirilib. “D” qrupunda SOCAR və “Azərenerji” ASC komandaları üz-üzə gəlib. Qarşılaşma SOCAR komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |