Əsas Səhifə > Ölkə idmanı > Binə Atçılıq Mərkəzində yorğa atlarının ilin yekun yarışı keçirilib

Binə Atçılıq Mərkəzində yorğa atlarının ilin yekun yarışı keçirilib


Bu gün, 18:19


Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə mövsümün həlledici startında qalib adı uğrunda 4 kateqoriyada 26 çapar mübarizə aparıb. 1300 metrə yarışda Murad Həsənlinin “Karatay” atı finişi birinci keçsə də qaçış zamanı ara-sıra dördnala çapdığı üçün cərimə edilib. Bu kateqoriyada qalib adını Xocalı çaparı, “Sərraf” atı ilə yarışmış Vaqif Əbdurrəhmanov qazanıb.

BrendSport.az
xəbər verir ki, 1600 metr məsafəyə yarışlar Vəliyəddin Allahverdiyevin “Dəlikəhər Laçinski” atının triumfu ilə başa çatıb. Maştağadan olar “Karol” və “Patron” atları yalnız 2 və 3-cü yerləri bölüşdürüblər.
Daha uzaq məsafələrə yarışlar Gəncə jokeyi, 16 yaşlı Xəlil Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. 2000 metr məsafəyə at çapmaqda onun “Paşam” yorğası Əfqan Rəhmanovun “Daşqın” və Ələkbər Soltanlının “Qaqa” atını çox rahatlıqla keçib.
2600 metr məsafəyə qaçış tam fərqli məcrada cərəyan edib. Çünki bu kateqoriyada “Koma” ləqəbli atla yarışmış Xəlil ilk dövrədən sonra sonuncu, 8-ci mövqedə idi. Lakin həlledici 1000 metrdə inanılmaz sürət hesabına ikinci mövqedəki rəqibini ən azı 100 metr geridə qoyaraq finişi birinci keçib.

Turnirin sonunda qalib və mükafatçılara federasiyanın diplomları, medallar və fəxri kubok təqdim edilib.












Geri qayıt