Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcəkBu gün, 15:30 |
![]() VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub. BrendSport.az xəbər verir ki, bu addım AFFA Hakimlər Komitəsinin PFL-ə ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək. Cari turda AVAR-2 təyinatları: “Neftçi” - “Zirə” AVAR-2: Fəridə Lütfəliyeva “Sabah” - “Araz-Naxçıvan” AVAR-2: İslam Məmmədov "Qarabağ" - “Sumqayıt” AVAR-2: Niyaz Əhmədov Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq. Geri qayıt |