Əsas Səhifə > Ölkə idmanı > Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək

Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək


Bu gün, 12:02


Noyabrın 30-dan dekabrın 5-dək Bakı şəhərindən olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək.

BrendSport.az
xəbər verir ki, proqram çərçivəsində təcrübəli yerli mütəxəssislərin nəzəri və praktiki sessiyaları təşkil ediləcək.

İştirak üçün müraciət edən ilk 30 məşqçi peşəkar inkişaf proqramına qəbul olunacaq. Bu proqram Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün önəmlidir. Proqramı uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunacaq.
Geri qayıt