Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb
Azərbaycan Kubokunda yeni rekord qeydə alınıbBu gün, 12:04 |
![]() Azərbaycan kubokunun 2026/27-ci illər mövsümü ilklə əlamətdar olub. BrendSport.az xəbər verir ki, “Marafon” ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib. Sabirabad klubu buna nail olan ilk II liqa təmsilçisi olub. Turnirin debütantı öncə “Dinamo”nu 3:0, ardınca I Liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib. 2023/2024-cü illər mövsümündən indiki formatda keçirilən turnirdə II Liqa komandalarının iştirak etdiyi I təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə II təsnifat mərhələsində II Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri qazanıb. Qeyd edək ki, “Marafon” dekabrın 1 və ya 2-də keçiriləcək 1/8 final oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq. Geri qayıt |