Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində
Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsindəDünən, 17:32 |
![]() Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib. BrendSport.az xəbər verir ki, “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Şimal”a 6:0 hesabı ilə qalib gəlib. “Marafon” isə Marafon Arenada “Zaqatala”nı 1:0 hesabı ilə üstələyib. Bununla “Araz-Naxçıvan” və “Marafon” 1/8 finalda bir-birinə rəqib olub. Günün digər matçlarında saat 17:00-da “Kür-Araz” “SOCAR Polymer Arena”da “Sumqayıt”ı, “Qəbələ” Qəbələ şəhər stadionunda “Mingəçevir”i qəbul edəcək. “Səbail” isə saat 18:00-da “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşacaq. Qeyd edək ki, bu raundun digər oyunları oktyabrın 28-29-da baş tutacaq. Geri qayıt |