Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olubDünən, 20:00 |
![]() Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. BrendSport.az xəbər verir ki, “Sumqayıt” “SOCAR Polymer Arena”da “Kür-Araz”a 11:0, “Qəbələ” isə Qəbələ şəhər stadionunda “Mingəçevir”ə 3:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra “Sumqayıt” 1/8 finalda “Qarabağ”a rəqib olub, “Qəbələ” isə MOİK – “Şahdağ Qusar” cütünün qalibi ilə üz-üzə gələcək. Günün ilk oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” isə “Zaqatala”nı 1:0 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb. Bu komandalar növbəti mərhələdə bir-biri ilə qarşılaşacaq. Hazırda davam edən “Səbail” - “Zirə” oyununda isə fasilədir və hesab qonaq komandanın xeyrinədir – 1:0. Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin digər matçları oktyabrın 28-29-da keçiriləcək. Geri qayıt |