Əsas Səhifə > Ölkə idmanı > Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıbDünən, 14:00 |
![]() Oktyabr ayının 1-dən 10-dək Bakıda stolüstü tennis üzrə seminarlar keçiriləcək. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeniy Timçenkoya həvalə olunub. BrendSport.az xəbər verir ki, qazaxıstanlı mütəxəssis 1-7 oktyabr tarixlərində məşqçilər ücün "LEVEL 1" adlanan hazırlıq prosesində həm nəzəri, həm praktiki dərslər keçəcək. Oktyabrın 8-dən 10-dək isə uşaqlar ücün məşqlər təşkil olunacaq. Qeyd edək ki, seminarlar "Şüa İdman-Sağlamlıq Kompleksi"ndə keçiriləcək
Geri qayıt |