Əsas Səhifə > Ölkə idmanı > “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb


Bu gün, 19:52


“Sumqayıt” basketbol klubu heyətinə amerikalı oyunçu cəlb edib.

BrendSport.az
xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 27 yaşlı hücumçu Malek Qrinlə mövsümün sonuna qədər anlaşıb.

O, son olaraq ABŞ-nin “Yanqstoun Steyt” kollektivində çıxış edib. Basketbolçu bu komandada keçirdiyi son mövsümündə orta hesabla 10,1 xal və 5,7 ribaundla yadda qalıb.

Malek Qrin Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da oynayıb.
Geri qayıt