Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun vaxtı bəlli olub

Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun vaxtı bəlli olub


Bu gün, 17:24


Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü sentyabrın 30-da start götürəcək.

BrendSport.az
xəbər verir ki, mövsümün ilk oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Geri qayıt