Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” basketbol komandasından növbəti transfer

“Neftçi” basketbol komandasından növbəti transfer


Bu gün, 13:30


"Neftçi" basketbol komandası heyətini növbəti legionerlə gücləndirib.

BrendSport.az
xəbər verir ki, serbiyalı oyunçu Aleksa Stepanoviç ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya Liqasında mübarizə aparan "Hersoqovats Qaydobrad" olub.

Qeyd edək ki, 2,06 metr boya malik təcrübəli oyunçu karyerası ərzində "Partizan", “FMP Belqrad” kimi köklü klubların, eləcə də VTB Birləşmiş Liqasında "Yenisey"in şərəfini qoruyub.
Geri qayıt