Əsas Səhifə > Ölkə idmanı > AFFA gənclər liqalarında oyun formatları müzakirə olunub
AFFA gənclər liqalarında oyun formatları müzakirə olunubDünən, 17:30 |
![]() AFFA gənclər futbolunda oyun formatları ilə bağlı klublarla məsləhətləşmələrini davam etdirir. BrendSport.az xəbər verir ki, klub rəhbərliklərinin təşəbbüsü ilə keçirilən videogörüşdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə tərəflər yaş qruplarının inkişaf mərhələlərinə uyğun, tədricən böyüyən format keçidinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, klubların bu istiqamətdə təklif və mülahizələri dinlənilib. Format dəyişikliyi üzrə yekun qərar akademiyalarla birgə, onların rəyi nəzərə alınmaqla veriləcək. Bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək və yekun qərar yeni mövsüm başlamazdan əvvəl akademiyalara elan olunacaq. AFFA gənclərin inkişaf yolunda ən optimal həllərin tapılması üçün akademiyalarla sıx əməkdaşlığını davam etdirəcək. Geri qayıt |