Əsas Səhifə > Ölkə idmanı > Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib


Dünən, 17:41


Bakı Güləş Məktəbində 2026-2027-ci tədris ili üçün 6-cı və 7-ci siniflərə şagird qəbulu həyata keçirilib.

BrendSport.az
xəbər verir ki, qəbul prosesi məktəbdə güləşlə məşğul olmaq və təhsillərini davam etdirmək istəyən şagirdlərin seçim meyarlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Namizədlərin seçimi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçiləri tərəfindən müvafiq normativlər əsasında aparılıb. Qəbul zamanı şagirdlərin fiziki hazırlıq səviyyəsi, çevikliyi, gücü, koordinasiyası və güləş idman növünə uyğun qabiliyyətləri qiymətləndirilib.

Qəbul prosesi iki mərhələdə həyata keçirilib. Ümumilikdə 6-cı və 7-ci siniflər üzrə 300-dən artıq namizəd qəbul imtahanında iştirak etmək üçün müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 şagird Bakı Güləş Məktəbinə qəbul edilib.

Beləliklə, 2026-2027-ci tədris ili üzrə qəbul prosesi başa çatıb və imtahanların nəticələrinə əsasən, ən yüksək göstəriciləri nümayiş etdirən 47 şagirdin Bakı Güləş Məktəbində təhsil alması və güləşlə məşğul olması təmin edilib.





Geri qayıt