Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Karate Federasiyasının rəhbərliyinin iştirakı ilə dənizkənarı ərazidə karate üzrə genişmiqyaslı texniki seminar keçirilib

Azərbaycan Karate Federasiyasının rəhbərliyinin iştirakı ilə dənizkənarı ərazidə karate üzrə genişmiqyaslı texniki seminar keçirilib


Dünən, 20:27


Azərbaycan Karate Federasiyasının rəhbərliyinin iştirakı ilə dənizkənarı ərazidə karate üzrə genişmiqyaslı texniki seminar keçirilib.

BrendSport.az
xəbər verir ki, seminarda ölkənin müxtəlif bölgələrini təmsil edən 200 -dən çox məşqçi, 17 yaşdan yuxarı idmançı və qara kəmər sahibləri iştirak ediblər.

Texniki seminar Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti, 8-ci dan qara kəmər sahibi Ülvi Quliyev tərəfindən keçirilib. Təlim zamanı karate texnikasının əsas elementləri, müasir məşq metodları, texniki hazırlığın təkmilləşdirilməsi, peşəkarlığın artırılması və idmançıların uzunmüddətli inkişafı ilə bağlı praktiki məşğələlər təşkil olunub.

Seminarda Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, federasiya nəzdində fəaliyyət göstərən üslublar üzrə rəhbər şəxslər, məşqçilər və təcrübəli idmançılar da iştirak ediblər.

Tədbirin əsas məqsədi Azərbaycanda karatenin davamlı inkişafına töhfə vermək, məşqçi və idmançıların texniki hazırlıq səviyyəsini yüksəltmək, vahid metodiki yanaşmanı gücləndirmək, eləcə də yeni nəsil karateçilərin peşəkar inkişafına dəstək göstərmək olub.

Azərbaycan Karate Federasiyası ölkədə karatenin kütləviliyinin artırılması, yüksək səviyyəli idmançıların hazırlanması və Azərbaycan karatesinin beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.









Geri qayıt