Əsas Səhifə > Ölkə idmanı > Avqustun 27-də Qubada 11 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub
Avqustun 27-də Qubada 11 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulubDünən, 10:00 |
![]() Üçüncü yer uğrunda görüşdə Özbəkistanın “Paxtakor” komandası “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc medalına sahib olub. BrendSport.az xəbər verir ki, bədii hissədə gimnastika üzrə nümunəvi çıxışlar və milli rəqslər təqdim edilib. Turnirin final görüşündə “Ulduz” FA ilə Polşanın “Drukarz” komandası qarşılaşıb. Görüş Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Drukarz” turnirin qalibi olub, “Ulduz” FA isə ikinci yeri tutub. Fərdi nominasiyalar üzrə ən yaxşılar da müəyyənləşib. Ən yaxşı oyunçu Giorgi Zekalaşvili (“Dinamo Tbilisi”, Gürcüstan), turnirin bombardiri Əli Əliyev (“Qarabağ” FK, Azərbaycan), ən yaxşı qapıçı isə Dilqəm Salmanov (“Ulduz” FA, Azərbaycan) seçilib. Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Üçüncü dəfə təşkil olunan yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |