Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcəkBu gün, 12:30 |
![]() Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura daha 2 oyunu keçiriləcək. BrendSport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda oynanılacaq matç saat 18:30-da başlayacaq. Tovuz təmsilçisi ilk turda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” isə “Qarabağ”a 1:3 hesabı ilə uduzub. "Palms Sports Arena"da saat 20:45-də isə “Neftçi” və “Araz-Naxçıvan” komandaları qarşılaşacaqlar. “Neftçi” ilk turda “Sumqayıt” üzərində 3:1 hesablı qələbə qazanıb. “Araz-Naxçıvan” isə “İmişli” ilə qolsuz heç-heçə edib. Qeyd edək ki, turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokubok oyunlarına görə təxirə salınıb. Geri qayıt |