Əsas Səhifə > Ölkə idmanı > Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib
Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışının qalibləri müəyyənləşibDünən, 14:23 |
![]() Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib. 50-yə yaxın iştirakçının mübarizə apardığı yarışda 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib. BrendSport.az xəbər verir ki, yarış başlamazdan əvvəl 46 yaşını qeyd edən iştirakçı Rəfael Qasımova Azərbaycan Velosiped İdmanı Federasiyası təfərindən xatirə hədiyyəsi təqdim edilib. 35-49 yaşlı kişilərin 34 km məsafəyə mübarizəsi Məhəmməd Ələkbərovun qələbəsilə başa çatıb. Ziyad Vəliyev 2-ci, Nəbi Abbasov 3-cü olub. 50 yaşdan yuxarı kişilər arasında Etibar Həsənov 17 km məsafəni birinci qət edib. Yusif Nəcəfov və Fizuli İsmayılov müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qadınlar arasında isə Natalya Vallek 17 km məsafəyə yarışda bütün rəqiblərindən güclü olub. Yelena Dubentsova ilə Ülfət Nəzərli fəxri kürsünün 2-ci və 3-cü pilləsində qərarlaşıblar. Fərqlənən iştirakçılara mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və federasiyanın idman direktoru Vladimir Buşanskiy təqdim ediblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |