Əsas Səhifə > Ölkə idmanı > Milli Mətbuat Günü münasibətilə “Baku Media Open” stolüstü tennis turniri təşkil olunub
Milli Mətbuat Günü münasibətilə “Baku Media Open” stolüstü tennis turniri təşkil olunubDünən, 21:31 |
![]() 22 İyul – Milli Mətbuat Günü münasibətilə “Bakı 2026 – Dünya İdman Paytaxtı” layihəsi çərçivəsində media nümayəndələri arasında “Baku Media Open” stolüstü tennis turniri təşkil olunub. BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və “Sportsman” idman jurnalının birgə təşkilatçılığı ilə “Şüa" İdman-Sağlamlıq Mərkəzində keçirilən turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Gürcüstandan olan media nümayəndələri də iştirak ediblər. Tədbirin açılışında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev və Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam çıxış edərək iştirakçıları Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Qadınlar arasında keçirilən yarışda Qazaxıstanı təmsil edən Qırmızı Jandosova qalib olub. Məhluqə Nəsirova (“BrendSport.az”) ikinci, Sayala Bayramova (“BrendSport.az”) və Gülzar İbrahimova (“Sehrli Dünya” uşaq kanalı) isə üçüncü yeri tutublar. Kişilər arasında Bəhruz Səmədov (“BrendSport.az”) turnirin qalibi olub. Əli Mikayılov (AzTV) ikinci, İman Məcidov (Baku TV) və Gürcüstan təmsilçisi Laşa Ramazaşvili isə üçüncü yerlə kifayətləniblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |