Əsas Səhifə > Ölkə idmanı > Güllə Atıcılığı üzrə Ölkə Çempionatı başa çatıb
Güllə Atıcılığı üzrə Ölkə Çempionatı başa çatıbBu gün, 11:00 |
![]() Azərbaycan Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Kompleksində keçirilən Güllə Atıcılığı üzrə Ölkə Çempionatı uğurla başa çatıb. BrendSport.az xəbər verir ki, beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb. Yarışlar ərzində iştirakçılar yüksək idman ustalığı, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək gərgin idman mübarizəsi aparıblar. Çempionatın yekununda aşağıdakı proqramlar üzrə qaliblər müəyyənləşib: Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı I yer – Xanna Əliyeva II yer – Zeynəb Sultanova III yer – Nilufər Səmədli Kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı I yer – Ruslan Lunev II yer – İmran Qarayev III yer – Cəfər Sultanlı 50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma yarışı I yer – Əliməmməd Hüseynov II yer – Nigar Ramazanova III yer – Ramiz Xəlilov 50 metr məsafəyə tapançadan atəşaçma yarışı I yer – Rəsul Məmmədov II yer – Həqiqət Atayeva III yer – Hacı Musayev 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — kişilər I yer – Hacı Musayev II yer – Ruslan Lunev III yer – Oleq Kerjankin 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — qadınlar I yer – Sofiya Barxalova II yer – Xanna Əliyeva III yer – Nigar Nəsirova 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışı I yer – Ramiz Xəlilov II yer – Nuranə Əliyeva III yer – Elvira Allahyarova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı I yer – Hacı Musayev / Xanna Əliyeva II yer – Oleq Kerjankin / Xalidə Əliyeva III yer – Nigar Nəsirova / Ruslan Lunev 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı I yer – Ramiz Xəlilov / Jalə Bayramova II yer – Zahid Sofiyev / Nigar Ramazanova III yer – Əliməmməd Hüseynov / Elvina Əfsanə Çempionat ərzində idmançılar yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək bütün proqramlar üzrə gərgin və maraqlı mübarizə aparıblar. Yarışların sonunda qaliblər və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar. Ölkə çempionatı həm milli komandanın heyətinin formalaşdırılması, həm də idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. ![]() ![]()
Geri qayıt |