Əsas Səhifə > Ölkə idmanı > Tennis üzrə Bakı Şəhər Birinciliyi möhtəşəm final və yaddaqalan anlarla başa çatdı
Tennis üzrə Bakı Şəhər Birinciliyi möhtəşəm final və yaddaqalan anlarla başa çatdıDünən, 20:30 |
![]() Tennis üzrə uşaq və yeniyetmələr arasında keçirilən Bakı Şəhər Birinciliyi 22–29 iyun tarixlərini əhatə edib. Bir həftə davam edən yarışlar Bakı Tennis Akademiyasının 4 kortunda keçirilib və müxtəlif yaş kateqoriyaları üzrə gənc tennisçilərin maraqlı, gərgin mübarizəsi ilə yadda qalıb. BrendSport.az xəbər verir ki, gərgin və maraqlı final qarşılaşmalarından dərhal sonra tədbir öz enerjili performansı ilə son günlər diqqət mərkəzində olan xüsusi dəvətli sənətçi Edqlis Haylenin çıxışı ilə davam edib. Musiqili proqramın ardından Bakı Şəhər Birinciliyinin rəsmi təltifetmə mərasiminə start verilib. Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli iştirakçıları təbrik edərək çıxış edib və turnirin əhəmiyyətindən bəhs edib. Daha sonra müxtəlif yaş kateqoriyaları üzrə qaliblər və finalçılar kubok, medal, diplom və hədiyyələrlə təltif olunublar. Bütün iştirakçıları göstərdikləri əzm, mübarizə ruhu və idman prinsiplərinə sadiqliklərinə görə təbrik edir, gələcək yarışlarda hər birinə yeni uğurlar arzulayırıq! ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |