Əsas Səhifə > Ölkə idmanı > "Neftçi" Sumqayıt mərhələsinin 1/4 finalına vəsiqə qazanıb

"Neftçi" Sumqayıt mərhələsinin 1/4 finalına vəsiqə qazanıb


Dünən, 18:30


"Neftçi" Sumqayıt mərhələsinin 1/4 finalına vəsiqə qazanıb

BrendSport.az
xəbər verir ki, 20 iyun 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

Qadınlardan ibarət milli komandamız mübarizəni təsnifat oyunlarında dayandırsa da, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu ilk qrup oyununda Çinin "Yanjing" klubuna 21:18, da, ikinci oyununda isə Çin millisinə 15:13 hesabı ilə qalib gəlib və qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb. Qeyd edək ki, "Neftçi" bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.
Geri qayıt