Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək


Bu gün, 16:30


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək.

BrendSport.az
xəbər verir ki, iyunun 18-də təşkil olunacaq çempionatda 30-a yaxın paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə qüvvəsini sınayacaq.

Yarışın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafını dəstəkləmək, həmçinin gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək yeni paraüzgüçülər nəslinin formalaşdırılmasına töhfə verməkdir.

İlk dəfə təşkil olunan paraüzgüçülük üzrə ölkə çempionatı milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Geri qayıt