Əsas Səhifə > Ölkə idmanı > Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək


Bu gün, 12:44


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

BrendSport.az
xəbər verir ki, Dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutacaq yarışda Gənclər və İdman Nazirliyi, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi,Dövlət Miqrasiya Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları güclərini sınayacaqlar.

İştirakçılar 1 və 2 nəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə ən güclüləri müəyyən edəcəklər.
Geri qayıt