Əsas Səhifə > Ölkə idmanı > Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcəkBu gün, 16:47 |
![]() Azərbaycan bu il bilyard üzrə 2 beynəlxalq turnirə ev sahibliyi edəcək. BrendSport.az xəbər verir ki, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa çempionatı Bakıda təşkil olunacaq. Avropa Kuboku iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında keçiriləcək. Qitə çempionatı isə 8-12 iyulda baş tutacaq. Qeyd edək ki, hər iki yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası və Avropa Piramida Federasiyasının dəstəyi ilə “Strike for Glory!” şüarı altında keçiriləcək. Geri qayıt |