Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqada çıxış etmək uğrunda pley-off oyunu: "Qəbələ" "Mingəçevir"ə qarşı

Premyer Liqada çıxış etmək uğrunda pley-off oyunu: "Qəbələ" "Mingəçevir"ə qarşı


Bu gün, 16:37


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçı keçiriləcək.

BrendSport.az
xəbər verir ki, həlledici görüşdə "Qəbələ" və "Mingəçevir" komandaları üz-üzə gələcəklər.

Saat 18:30-da Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşacaq matçı FIFA referisi Tural Qurbanov idarə edəcək. Cütün qalibi yeni mövsümdə əsas liqada mübarizə aparacaq.

Qeyd edək ki, başa çatan mövsümdə "Qəbələ" Premyer Liqada 11-ci yeri, "Mingəçevir" isə I Liqada 2-ci pilləni tutub.
Geri qayıt