Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib


Bu gün, 18:34


UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin etmiş “Neftçi” Premyer Liqanın XXXIII turunda “Kəpəz”lə qarşılaşıb.

BrendSport.az
xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubu 59 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 27 xal olan Gəncə klubu isə onuncu sırada qalıb.

Turun digər matçında “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcəklər. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Zirə” 53 xalla beşinci, Naxçıvan təmsilçisi isə 43 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq.

Daha əvvəl baş tutan görüşlərdə “Qəbələ” “Şamaxı”nı 3:1, “Sabah” “Turan Tovuz”u 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.
Geri qayıt