Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq
Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaqBu gün, 11:30 |
![]() UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin etmiş «Neftçi» Premyer Liqanın XXXIII turunda «Kəpəz„lə qarşılaşacaq. BrendSport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 15:00–da başlayacaq. Paytaxt təmsilçisi 56 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 27 xal olan Gəncə klubu isə onuncu sırada yer alıb. Turun digər matçında ‚Araz-Naxçıvan‘ və ‚Zirə‘ komandaları üz-üzə gələcəklər. Sumqayıtdakı ‚SOCAR Polymer Arena‚da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00–da səslənəcək. ‚Zirə‘ 53 xalla beşinci, Naxçıvan təmsilçisi isə 43 xalla altıncı pillədə qərarlaşıb. Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli» — «Karvan-Yevlax» oyunu ilə yekun vurulacaq. Daha əvvəl baş tutan görüşlərdə «Qəbələ» «Şamaxı„nı 3:1, ‚Sabah‘ ‚Turan Tovuz‚u 2:1, ‚Qarabağ‘ isə ‚Sumqayıt‘ı 4:3 hesabı ilə məğlub edib. Geri qayıt |