Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitirib
Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitiribBu gün, 22:16 |
![]() Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib. BrendSport.az xəbər verir ki, “Sumqayıt” evdə “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində “Qarabağ” çempionatı 69 xalla 2-ci, “Sumqayıt” isə 41 xalla 7-ci pillədə başa vurub. Günün ilk görüşündə “Bank Respublika Arena”da çempion “Sabah” "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq. Geri qayıt |