Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub


Bu gün, 18:55


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, “Turan Tovuz” “Bank Respublika Arena”da “Sabah”la qarşılaşıb. Görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ölkə çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” 78 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 59 xalı olan “Turan Tovuz” isə 3-cü sırada yer alıb.

Günün son oyununda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.
Geri qayıt