Əsas Səhifə > Ölkə idmanı > "Şəfa" futbol üzrə Azərbaycan Premyer Liqasına yüksəlib
"Şəfa" futbol üzrə Azərbaycan Premyer Liqasına yüksəlibBu gün, 19:51 |
![]() "Şəfa" komandası Azərbaycan I Liqasında çempionluğu təmin edib. BrendSport.az xəbər verir ki, Bakı təmsilçisi sona bir tur qalmış "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub etməklə ən yaxın izləyicisi "Səbail"lə xal fərqini 7-yə yüksəldib və Premyer Liqaya vəsiqəni təmin edib. Hazırda "Şəfa"nın 57 xalı var. "Səbail" isə "Şahdağ Qusar"la oyunda xal itirməklə xallarını 50-yə çatdırıb və şansını pley-offa saxlayıb. Hazırda bu mərhələ uğrunda "Mingəçevir" ilə "Baku Sportinq" kollektivləri də mübarizə aparır. Geri qayıt |