Əsas Səhifə > Ölkə idmanı > Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib


8-05-2026, 18:00


Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə muxtar respublika birinciliyi keçirilib.

BrendSport.az
xəbər verir ki, yarışda 70 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.

Nəticələrə əsasən, Cahangir Əhmədov (45 kiloqram), Əlcəfər Musayev (48 kiloqram), Ələkbər Əsgərov (51 kiloqram), Məcnun Abbasov (55 kiloqram), Məhəmməd Hümbətov (60 kiloqram), Toğrul Əlili (65 kiloqram), Hüseyn Rəcəbli (71 kiloqram), Rüzgar Hacıyev (80 kiloqram), Hüseyn Əliyev (92 kiloqram) və Cəbrayıl Əhmədov (110 kiloqram) müvafiq çəki dərəcələrində birinci olublar.





Geri qayıt