Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib
Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib8-05-2026, 19:11 |
![]() Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib. BrendSport.az xəbər verir ki, açılış matçında “İmişli” və “Zirə” komandaları qarşılaşıb. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0. Turnir cədvəlində Bakı klubu 50 xalla 5-ci, İmişlinin eyniadlı təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Günün son matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Saat 19:30-da “Bank Respublika Arena”da start götürəcək oyunun baş hakimi Elvin Bayramov olacaq. Çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 24 xalı olan “Kəpəz” isə 10-cu sırada yer alıb. Qeyd edək ki, XXXI turun digər qarşılaşmaları mayın 9-10-da təşkil olunacaq. Geri qayıt |