Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: 30 finalı ümumilikdə 300 minə yaxın tamaşaçı izləyib
Azərbaycan Kuboku: 30 finalı ümumilikdə 300 minə yaxın tamaşaçı izləyib8-05-2026, 12:12 |
![]() Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 31-ci həlledici qarşılaşma olacaq. BrendSporf.az xəbər verir ki, bunadək 2001/02 və 2019/20-ci illər mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21-ci illər mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib. 30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir. 2009/10-cu illər mövsümünün finalını isə rekord sayda - 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir. Geri qayıt |