Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında XXXI tur 2 oyunla start götürür
Azərbaycan Premyer Liqasında XXXI tur 2 oyunla start götürür8-05-2026, 10:00 |
![]() Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura 2 oyunla start veriləcək. BrendSport.az xəbər verir ki, açılış matçı saat 16:30-da “İmişli” və “Zirə” komandaları arasında olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü Kamranbəy Rəhimov idarə edəcək. Turnir cədvəlində Bakı klubu 49 xalla 5-ci, İmişlinin eyniadlı təmsilçisi isə 32 xalla 9-cu pillədə qərarlaşıb. Günün son matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Saat 19:30-da “Bank Respublika Arena”da start götürəcək oyunun baş hakimi Elvin Bayramov olacaq. Çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 24 xalı olan “Kəpəz” isə 10-cu sırada yer alıb. Qeyd edək ki, XXXI turun digər qarşılaşmaları mayın 9-10-da təşkil olunacaq. Geri qayıt |