Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb


Bu gün, 10:00


Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final oyununun biletləri satışa çıxarılıb.

BrendSport.az
xəbər verir ki, biletləri bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manat arasında dəyişir.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.
Geri qayıt