Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Qarabağ" qalib gəlib
Premyer Liqa: "Qarabağ" qalib gəlibDünən, 22:09 |
![]() Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun mərkəzi oyunu keçirilib. BrendSport.az xəbər verir ki, ikinci yer uğrunda mübarizə aparan 2 komanda – “Qarabağ” və “Turan Tovuz” Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gəlib. Matçı Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Turnir cədvəlində "Qarabağ" klubu 62 xalla 2-ci, Tovuz təmsilçisi isə 56 xalla 3-cüdür. XXX turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a 2:1, “İmişli” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə 1:0, “Sabah” isə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəlib. Tura mayın 5-də keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Geri qayıt |