Əsas Səhifə > Ölkə idmanı > “Neftçi”nin apellyasiya şikayəti təmin edilməyib

“Neftçi”nin apellyasiya şikayəti təmin edilməyib


Bu gün, 19:52


AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, iclasda bir sıra mübahisəli məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilmiş “Neftçi” – “Turan Tovuz” oyununda “ağ-qaralar”a tətbiq olunan 15 000 manat cərimə ilə bağlı şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zərurəti ilə əlaqədar təxirə salınıb. Bundan başqa, “Neftçi”nin eyni matçda azarkeşlərin hakimlərə qarşı kütləvi təhqiramiz ifadələr səsləndirməsinə görə tətbiq olunan 8000 manat cərimə ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

“Çinar” (Gəncə) klubunun U-13 Liqasında “Yasamal” (Şəmkir) və “Qoşqar” (Gəncə) komandalarına qarşı oyunlarla bağlı verdiyi şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zərurəti ilə əlaqədar təxirə salınıb.

AFFA U-14 Liqasında keçirilməli olan “İnter” – “Qaradağ Lökbatan” görüşü ilə əlaqəli verilmiş apellyasiya şikayəti isə təmin olunmayıb. Qərara əsasən, oyun protokolu və həkim təqdim olunmadığı üçün baş tutmayan qarşılaşmaya görə “İnter”ə verilmiş 0:3 hesablı texniki məğlubiyyət qüvvədə saxlanılıb.


Geri qayıt