Əsas Səhifə > Ölkə idmanı > Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olub
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olubBu gün, 13:29 |
![]() Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçı ölkələri məlum olub. BrendSport.az xəbər verir ki, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb. Son olaraq, xüsusi dəvətlə çempionata Küveyt qatılacaq. Xatırladaq ki, iyunun 7-dən 13-dək Binə Atçılıq Mərkəzində keçiriləcək dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq. Geri qayıt |