Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionu baş məşqçi və voleybolçuları ilə yeni müqavilə imzalayıb
Azərbaycan çempionu baş məşqçi və voleybolçuları ilə yeni müqavilə imzalayıbBu gün, 15:15 |
![]() Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olan "Xilasedici" klubu baş məşqçi və bir neçə oyunçusu ilə müqavilənin müddətini uzadıb. BrendSport.az xəbər verir ki, bu barədə AZƏRTAC-a klubun meneceri Onat Kurt məlumat verib. “Bizi çempion edən baş məşqçi Cəlil Cəlilov növbəti ildə də komandanın başında olacaq. Voleybolçulardan Qustavo Almora, Luis Enrike Reyes, Dauda Yakubu, Vüqar Bayramov və Asif Əliyevlə də sözləşmə uzadılıb”, - deyə funksioner bildirib. O, 2-3 transfer edəcəklərini də qeyd edib. Qeyd edək ki, “Xilasedici” finalda “Ordu”nu məğlub edərək qızıl medalların sahibi olub. Geri qayıt |