Əsas Səhifə > Ölkə idmanı > Qazaxda yeniyetmə cüdoçular arasında Qərb bölgəsi birinciliyi keçiriləcək
Qazaxda yeniyetmə cüdoçular arasında Qərb bölgəsi birinciliyi keçiriləcəkBu gün, 18:07 |
![]() 4-5 may tarixlərində Qazaxda yeniyetmələr arasında cüdo üzrə Qərb bölgəsi region birincilikləri keçiriləcək. BrendSport.az xəbər verir ki, yarışlar Qazax Olimpiya İdman Kompleksində təşkil olunacaq və U-14, U-17 yaş kateqoriyalarında ümumilikdə 310 cüdoçunun iştirakı gözlənilir. Turnirin əsas məqsədi yeniyetmə cüdoçuların yarış təcrübəsini artırmaq, bölgələr üzrə güclü idmançı bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyasında göstərilən nəticələr eyni zamanda milli komanda üçün seçim prosesində mühüm reytinq xalları qazandıracaq. Geri qayıt |