Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb
“Qarabağ” 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıbBu gün, 11:17 |
![]() “Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb. BrendSport.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın XXIX turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1. “Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur. Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib. Geri qayıt |