Əsas Səhifə > Ölkə idmanı > Dənizkənarı Milli Parkda yelkən yarışına start veriləcək

Dənizkənarı Milli Parkda yelkən yarışına start veriləcək


Bu gün, 12:36


Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.

BrendSport.az
xəbər verir ki, mayın 2–3-də Bakıda, Dənizkənarı Milli Park ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.

Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq. Yarış iki kateqoriyada - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.
Geri qayıt