Əsas Səhifə > Ölkə idmanı > Kişi voleybolçuların Yüksək Liqasına yekun vurulub

Kişi voleybolçuların Yüksək Liqasına yekun vurulub


Dünən, 22:43


Bu gün GİN-in Voleybol Mərkəzində Yüksək Liqanın mükafatları uğrunda oyunlar keçirilib.

BrendSport.az
xəbər verir ki, ilk olaraq üçüncülük qarşılaşmasında “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Bu matçda “Neftçi” komandası 3:0 hesabı ilə qalib gələrək Yüksək Liqanın bürünc medallarını qazanıb.

Ardınca baş tutan final oyununda “Xilasedici” və “ORDU” komandaları üz-üzə gəliblər. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Xilasedici” çempion adını qazanıb.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

Çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında maraqlı və gərgin final oyunu izlədik. Yüksək səviyyədə yarış təşkil etdiyi üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Avrokuboklara vəsiqə qazanan komandalara beynəlxalq arenada uğurlar arzulayıram".

Daha sonra AVF-nin vitse-prezidenti Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim ediblər. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Çingiz Hüseynzadə və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər. Medalları isə Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Natiq Həsənov, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov təqdim ediblər.

Beləliklə, kişi voleybolçuların Yüksək Liqasının qalibi “Xilasedici” komandasına qızıl medal və kubok, “ORDU”ya gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim olunub.

Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, sabah qadın voleybolçuların Yüksək Liqasında mükafatlar uğrunda oyunlar keçiriləcək.

Oyunların nəticələri.
18 aprel
Yüksək Liqa (kişilər)
Final
“Xilasedici” - “ORDU” 3:1 (24:26, 25:16, 27:25, 25:21)
Üçüncü yer uğrunda oyun
“Neftçi” - “Murov Az Terminal” 3:0 (25:17, 25:17, 25:13)











Geri qayıt