Əsas Səhifə > Ölkə idmanı > Milli Paralimpiya Komitəsi ilə Badminton Federasiyası birgə “Parabadminton Günü” keçirəcək

Milli Paralimpiya Komitəsi ilə Badminton Federasiyası birgə “Parabadminton Günü” keçirəcək


Bu gün, 16:13


Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi parabadmintonun təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüzivliyin təşviqi, eləcə də yeni istedadların üzə çıxarılmasıdır.

Tədbir çərçivəsində əlilliyi olan yeniyetmə və gənclər parabadmintonu ilk dəfə sınaqdan keçirmək imkanı əldə edəcək, bu paraidman növü üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, “Parabadminton Günü” aprelin 17-də Bakı Badminton Klubunda təşkil olunacaq.
Geri qayıt