Əsas Səhifə > Ölkə idmanı > Cüdo texnikaları imtahanı keçirilib
Cüdo texnikaları imtahanı keçirilibBu gün, 19:29 |
![]() Aprelin 13-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları imtahanı keçirilib. BrendSport.az xəbər verir ki, imtahanda 50 cüdoçu iştirak edib. U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə idmançılar baza hərəkətlərini, eləcə də yaşıl və mavi kəmər dərəcələri üzrə texnikaları nümayiş etdiriblər. İmtahan zamanı hər biletdə 10 sual təqdim olunub və hər sual maksimum 10 xalla qiymətləndirilib. Qeyd edək ki, idmançının yarışda topladığı xalın 70%-i, imtahan göstəricisinin isə 30%-i toplanaraq ümumi balını formalaşdırır. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığını, həm də rəqabət səviyyəsini paralel şəkildə inkişaf etdirməyə xidmət edir. ![]() ![]()
Geri qayıt |