Əsas Səhifə > Ölkə idmanı > Filip Ozobiç Azərbaycan çempionatları tarixində rekorda imza atıb
Filip Ozobiç Azərbaycan çempionatları tarixində rekorda imza atıbBu gün, 12:38 |
![]() “Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. BrendSport.az xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub. Xorvatiya əsilli oyunçu bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Misli Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib. 72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb. Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb. Qeyd edək ki, Premyer Liqada 2016/2017 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub. Geri qayıt |